Ukrayna tank ekipajlarına təlim keçmək üçün Pentaqonun göndərdiyi 31 Abrams tankı Almaniyanın Qrafenvör bazasına çatıb.
Aktualtv.az xəbər verir ki, Pentaqonun mətbuat katibi Patrik Rayderin sözlərinə görə təlimə göndərilən tanklar döyüş meydanında istifadə üçün göndərəcəklərindən fərqli olacaq:
“Həmin heyətlər yaxın bir neçə həftə ərzində gəlib təlimə başlayacaqlar. Ukraynalı ekipajlar və texniki qulluqçular üçün bu təlim proqramı, onları M1 tankının effektiv idarə edilməsinə hazırlamaq məqsədi daşıyır. Əvvəla, bu tanklar xüsusi olaraq təlim üçün nəzərdə tutulub, onların döyüşə getməsi üçün lazım olan imkanlara malik olması şərt deyil., Ukraynaya verəcəyimiz tanklar isə hazırda yenilənmə prosesindən keçir. Onlar təkmilləşdiriləcək və Ukraynaya göndərilmək üçün hazırlanacaqlar. Həmin tankları payızda onlara təqdim edə biləcəyik”.
Səbinə Kərimova / aktualtv.az










