“Taxıl müqaviləsi üzrə təmaslar davam edir, Rusiyaya aid hissəsinin həyata keçirilməsi ilə bağlı bir sıra məsələlər hələ də açıqdır”.
Aktualtv.az xəbər verir ki, bu barədə açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov həmçinin qeyd edib ki, Rusiya taxıl sövdələşməsi ilə bağlı qərar qəbul edildikdə məlumat verəcək.
“Kreml əmindir ki, Rusiya Federasiyasının xüsusi xidmət orqanları lazımi qaydada monitorinq aparır. Əməliyyat başa çatana qədər yüksək rütbəli məmurların postlarını tərk etmələrinə qadağa qoyulması ilə bağlı mesajlar həqiqəti əks etdirmir”- deyə Peskov əlavə edib.
Qeyd edək ki, rəsmi Moskva vaxtaşırı taxıl sazişinin Rusiyaya aid hissəsinin yerinə yetirilməməsindən narazılıq edir.
Səbinə Kərimova / aktualtv.az










