Birləşmiş Ştatların Dövlət Departamenti Rusiyadakı Baş Konsulluğunda keçmiş əməkdaşı Robert Şonovun həbsini sərt şəkildə tənqid edib.
Aktualtv.az xəbər verir ki, bildirilib ki, onun əcnəbilərlə qeyri-qanuni əməkdaşlıq etdiyi ilə bağlı iddialar tamamilə əsassızdır.
“Birləşmiş Ştatların Rusiyadakı missiyasının keçmiş əməkdaşı Robert Şonovun həbsi ilə bağlı xəbərləri pisləyirik. Cənab Şonova qarşı bu ittihamlar tamamilə əsassızdır. Onun rolu əsasən mətbuat və ictimaiyyətlə əlaqələri dəstəkləmək ətrafında olub. Cənab Şonov 25 ildən artıqdır Baş Konsulluqda işləyən Rusiya vətəndaşıdır. Onlar bizim yerli işçilərlə işləməyimizə son qoyduqdan sonra Şonov Moskvadakı səfirliyə xidmət göstərən şirkətdə çalışmağa başladı. Bu, Rusiya qanunlarına tam uyğun şəkildə edilib”.
Etibar Məmmədov / aktualtv.az










