BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və təşkilatın Assambleyasının qətnamələrinə uyğun gəlmək şərti ilə Ukrayna münaqişəsinin nizamlanmasına yönəlmiş istənilən və bütün təşəbbüsləri dəstəkləyir.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu fikirləri qurumun baş katibinin sözçüsü Stefan Düjarrik söyləyib. Vəziyyətin stabilləşməsinə Cənubi Afrika da maraqlıdır. Ölkə prezidenti Siril Ramafosa bildirib ki, ayın 12-sində Putinlə telefon danışığı zamanı Afrika liderlərinin atəşkəs təklifini edib.
Ötən cümə günü Kremlin mətbuat xidməti məlumat yayıb ki, telefon danışığı zamanı prezident Putin Ramafosanın bir neçə Afrika liderinin Ukraynanın nizamlanması prosesində iştirak etməsi ideyasını dəstəkləyib.
Büllur Məmmədova / aktualtv.az










