Qırğızıstanın Çuy vilayətinin Dmitriyevka kəndində xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində silahlı terrorçu zərərsizləşdirilib, iki polis əməkdaşı yaralanıb.
Aktualtv.az xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Ərazidə əməliyyat-istintaq qrupu fəaliyyət göstərir. Paytaxt Bişkekə gedən yol güc strukturlarının əməkdaşları tərəfindən bağlanıb. Yerli sakinlər bildirib ki, silahlılar barrikada qurub. Onların insanları girov götürdükləri də ehtimal edilir. Sosial şəbəkələrdə silahlı qrupun mədrəsəni ələ keçirməsinə dair məlumat yayılıb. Ancaq hüquq-mühafizə orqanları bunu nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, Dmitriyevka kəndi ölkə paytaxtı Bişkekdən 30 km aralıda yerləşir.
Etibar Məmmədov / aktualtv.az










