Avropa Şurası Ukrayna üçün kompensasiya mexanizminin yaradılması istiqamətində ilk addımını atıb. Avropa Şurasının Reykyavikdə keçirilən sammiti çərçivəsində Rusiyanın Ukraynaya vurduğu zərərlərin reyestrinin təsis edilib. Razılaşmanı G7 ölkələri də daxil olmaqla 43 ölkə dəstəkləyib və ya dəstəkləyəcəyini bildirib.
Aktualtv.az xəbər verir ki, “Ukrainska Pravda”nın məlumatına görə, Avropa Şurasının üzvü olan 7 ölkə Rusiya əleyhinə razılaşmaya qoşulmayıb.
Razılaşmaya əsasən Rusiyanın hücumundan sonra Ukraynadakı itki və dağıntıların qeydə alındığı məlumat bazası yaradılacaq və bura müharibə qurbanlarının Rusiyaya qarşı maliyyə iddiaları daxil ediləcək.
Əlavə olunub ki, razılaşdırılmış və təsdiq edilmiş iddialar beynəlxalq ictimaiyyət kompensasiya mexanizmləri və maliyyə mənbələri ilə bağlı razılaşdıqdan sonra təmin ediləcək.
Murad Həsənov / aktualtv.az










