“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik” – KTMT – Özəl

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”.

Aktualtv.az xəbər verir ki, bunu jurnalistlərə təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

O, Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələrin müntəzəm aparıldığını və bu yaxınlarda Avropada danışıqların növbəti raundunun baş tutduğunu vurğulayıb.

“Qeyd edilib ki, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Almatı Bəyannaməsi əsasında təsdiq edilmiş sərhədləri praktiki olaraq tanıyır”, – deyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilarının baş katibi bildirib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]