Ölkənin şimalındakı Emiliya-Romanya bölgəsində leysan yağışlar nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər itkin düşüb. Təxminən 10 min insan təxliyə edilib, bəziləri isə helikopterlə damlardan xilas edilməli olub.
Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, səlahiyyətlilər bildirirlər ki, 14 çay bəndini aşıb, 23 şəhəri su basıb.
Ravenna şəhərinin meri deyir ki, onun şəhəri indi tanınmaz haldadır. Bu səbəbdən, həftə sonu Emiliya-Romanya bölgəsində keçiriləcək Formula 1 Qran Prisi də artıq ləğv edilib. Yerli hakimiyyət orqanları ilə İmolada yarışın təşkilatçıları arasında aparılan müzakirələrin yekununda belə nəticəyə gəlinib.
Yaxın günlərdə rayonda növbəti yağışların yağacağı gözlənilir.
Büllur Məmmədova / aktualtv.az










