“Palmali”nin dəstəyi ilə yaradılan sayt təqdim edilir

Mayın 21-də “Palmali” Şirkətlər Qrupunun maliyyələşdirdiyi, Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan internet saytının təqdimatı keçiriləcək.

Aktualtv.az xəbər verir ki, bu barədə jurnalist Fərid Azəri Feysbuk hesabında paylaşım edib.

Bildirib ki, mərasimdə jurnalistlərlə yanaşı, ictimaiyyət nümayəndələri, eləcə də şairin yaradıcılığına yaxından bələd olan şəxslər iştirak edəcək.

Tədbirin əvvəlində mətbuat nümayəndələri üçün müsahibə də nəzərdə tutulub.

Qeyd edək ki, saytda şairin həyatının müxtəlif dövrlərində verdiyi audio-video müsahibələr, Azərbaycan Dövlət Radiosunda vaxtilə Aydın Qaradağlı və Gültəkin Cabbarlının böyük ustada həsr etdiyi verilişlə yanaşı, həm də Türkiyə və İran televiziyalarında Şəhriyardan bəhs edən proqramların audio-video yazıları, ustadın şeirlərini səsləndirdiyi audiovizual materiallar, əlyazmalar, eləcə həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər toplanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]