Dövlət Duması Polşa yük maşınlarının iyunun 1-dən Rusiya ərazisindən qadağan etməyi təklif edib.
Aktualtv.az xəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının Nəqliyyat üzrə Komitəsinin rəhbəri Yevgeni Moskviçev çıxış edib. O bildirib ki, yükdaşıyıcıların Polşadan Rusiyaya girişinə qadağa qoyulması üçün hökumətə müraciət göndərib. Bu tədbir Rusiyanın Varşavadakı səfirliyindəki məktəbin ələ keçirilməsinə cavab olaraq qiymətləndirilir.
“Rusiya Federasiyasının sərhədinə, ən yaxın gömrük terminalına gəlsinlər və yükü boşaltsınlar və ya yenidən bizim yük maşınlarımıza boşaltsınlar”, – deyə Moskviçev bildirib. Həmçinin qeyd edilir ki, Avropa İttifaqı tərəfindən analoji tədbir 2022-ci ilin martından qüvvədədir.
Xatırladaq ki, aprelin 29-da Varşavada Rusiya səfirliyindəki təhsil müəssisəsi bağlanıb.
Etibar Məmmədov / aktualtv.az










