Rusiya Qara dəniz taxıl müqaviləsini yeniləndiyini təsdiqləyib.
Aktualtv.az xəbər verir ki, bu barədə açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı danışıqlarda Rusiya üçün “məqbul nəticə” əldə olunduqdan sonra razılıq əldə edilib.
O həmçinin bildirib ki, Moskvanın taxıl müqaviləsinin yenilənməsi ilə bağlı danışıqlarında mühüm tələbi olan Rusiya dövlət kənd təsərrüfatı bankına qoyulan məhdudiyyətlərin yumşaldılması üçün ssenarilər hazırlanır. Peskov Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə aparılan danışıqlarda müsbət nəticə olduğunu vurğulayıb. O, növbəti 60 gün ərzində bu problemi tam həll edəcəyinə ümid etdiyi də bildirib.
Səbinə Kərimova / aktualtv.az










