Samsunda 1919 metrlik Türkiyə bayrağı açıldı

Samsunda Atatürkü Anma, Gənclik və İdman Bayramı fəaliyyətləri çərçivəsində möhtəşəm 1919 metrlik bayraq yürüşü təşkil edilib.

Tədbirə Samsun valisi Zülkif Dağlı, Samsun millət vəkili Murat Çan, Samsun Universitetinin rektoru Mahmud Aydın, tələbələr və vətəndaşlar qatılıb.

Şəhərin İlkadım rayonundakı Şərəf Abidəsi qarşısından başlayan yürüş İstiqlal prospektindən keçərək 19 May Bulvarından Cümhuriyyət Meydanınadək davam edib.

Bayraq yürüşü Sahə Tibb Məktəbi və Təlim Mərkəzi Regional Orkestr Komandanlığının musiqi konserti ilə başa çatıb.

Mənbə: Haber Global

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]