Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından 8 il ötür

19 May 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsindən 8 il ötür.

Yanğının başlamasına səbəb ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli sərəncamı ilə baş verən yanğın hadisəsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində İlham Əliyev hadisə yerini ziyarət edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]