“Moskva Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün əlindən gələni edəcək”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlarda deyib:
“Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirik ki, bu regionda olmaqda maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar. Mən Qarabağda, sərhəddə vəziyyətin sabitləşməsi ilə yanaşı, humanitar problemlərin həlli, iqtisadi, nəqliyyat əlaqələrinin açılması zərurətini ayrıca qeyd edəcəyəm, həm də təbii ki, sülh müqaviləsinin mətninin razılaşdırılması üzərində fəal işləyirsiniz”.
Büllur Məmmədova / aktualtv.az










