Türkiyədə prezident seçkiləri: xaricdə səsvermə başlayır

Türkiyədəki prezident seçkilərinin ikinci turu çərçivəsində xarici ölkələrdə qurulacaq seçki qutularının sayı açıqlanıb.

Bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Sərim məlumat verib.

O qeyd edib ki, xarici ölkələrdə Türkiyə vətəndaşlarının səsverməsi üçün ümumilikdə 3461 seçki qutusu qurulacaq.

“Xaricdə yaşayan vətəndaşlarımızın demokratik vəzifələrini yerinə yetirə bilmələri üçün xarici nümayəndələrimiz vasitəsilə lazım olan hər cür dəstəyi veririk”, – XİN rəhbərinin müavini bildirib.

Qeyd edək ki, Türkiyədən kənarda yaşayan vətəndaşlar 20-24 may aralığında səs verəcəklər.

Prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək. İkinci turda Türkiyə lideri Ərdoğan və müxalifətin nümayəndəsi Kılıçdaroğlu mübarizə aparacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]