Ukrayna qoşunları Donetsk və onun ətraflarına ümumilikdə 54 raket atıb.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin hərbi cinayətlər ilə bağlı Birgə Nəzarət və Koordinasiya Mərkəzi verib.
Mərkəzin meri Aleksey Kulemzinə görə, ərazi 18 may səhər saat 9:00-dan 21:00-a qədər ukraynalılar tərəfindən doqquz dəfə atəşə tutulub. Onun sözlərinə görə, Ukrayna qüvvələri gün ərzində Donetskin Kiyevski, Kirov, Kuybışev və Petrovski rayonlarına, eləcə də onun ətrafında olan bölgələrə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 152 və 155 mm çaplı 44 mərmi və 10 raket atıb.
Kulemzin qeyd edib ki, yaşayış sektorunda dörd ev və dörd yaşayış binası, o cümlədən bir klinika və bir neçə şəxsi avtomobil zədələnib.
Murad Həsənov / aktualtv.az










