Avropa çempionatı: Ağamirova üçün medal şansı, qrup hərəkətləri komandası mübarizəyə başlayır

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı davam edir.

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova bu gün final çıxışlarını edəcək.

Gimnastımız fərdi çoxnövçülükdə medal qazanmağa çalışacaq. O, halqa, top və gürzlə kompozisiyalarını təqdim edəcək.

Bu gün, həmçinin, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası mübarizəyə qoşulacaq. Kollektiv beş halqa, üç lent və iki topla bacarıqlarını göstərəcək.

Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.

Ağamirova halqa ilə hərəkətlərdə 32,150, topla hərəkətlərdə isə 32,550 xal toplayaraq hər iki növdə finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]