Təhsildən yayınma halları var – Nazirdən etiraf

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsildən yayınma halları var”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil Festivalında jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, insanlar pozitivə köklənməyi öyrənməlidir: “Biz bəzən pozitivlə neqativ arasında daha çox neqativi qabartmağı sevirik. Amma ümumilikdə bugünkü səhnə bizi sevindirdi. Ümid edirəm ki, gələcəkdə belə tədbirlər çox edəcəyik. Bu festival göstərdi ki, ölkənin bölgələrindəki təhsil müəssisələrində çox müxtəlif, maraqlı layihələr icra olunur. İnanıram ki, belə tipli tədbirlər ilk növbədə şagirdlərin özləri üçün çox faydalıdır. Şagirdlər belə tədbirlərdən sonra daha motivasiyalı olub, öyrənməyə, hazırlıqlı olmağa, daha yaxşı vətəndaş olmağa cəhd göstərəcəklər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]