Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə danışıqların intensivliyi son günlər çox artıb. Son danışıqlarda müəyyən razılaşmaların əldə olunması da sübut edir ki, müəyyən qərarların həllində irəliləyiş var. Azərbaycanın Qarabağ ermənilərinə birbaşa müraciəti təqdirəlayiqdir.
Aktualtv.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “BBC Azərbaycan”a müsahibəsində deyib.
Böyük Britaniyanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyən ölkələrdən biri olduğunu diqqətə çatdıran səfir bildirib ki, hər iki ölkə gec ya tez, bir araya gəlməlidir, bundan qaçış yoxdur.
Səbinə Kərimova / aktualtv.az










