Rusiya ilə viza rejiminin tətbiq edilməsi, sərhədlərin bağlanması, uçuşlara qadağa kimi istənilən addım sanksiyadır və bütün bunlar Gürcüstanın Rusiya ilə münasibətlərinin gərginləşməsinə səbəb ola bilər.
Aktualtv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. O, bildirib ki, Gürcüstanı Rusiyaya sanksiya tətbiq etməyə çağıranlar ölkənin təhlükəsizliyinə və iqtisadiyyatına zəmanət vermirlər:
“Bu məsələ bir neçə dəfə qaldırılıb və məsələ hər dəfə müzakirəyə çıxarılanda ictimaiyyətə cavab verilib. Nəhayət müxalifət də etiraf edib ki, Gürcüstan tərəfindən Rusiyaya sanksiyaların tətbiq edilməsi ölkənin maraqlarına cavab vermir”.
Şalva Papuaşvili qeyd edib ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsinin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq mümkün deyil.
Murad Həsənov / aktualtv.az










