Cənubi Koreya və Almaniya müdafiə sənayesində tədarük zəncirini gücləndirmək səbəbindən hərbi sirləri qorumaq barədə razılaşmanı hazırlamaq məsələsində razılığa gəliblər.
Aktualtv.az xəbər verir ki, bu barədə razılaşma Almaniya Kansleri Olaf Şoltsun mayın 21-də Cənubi Koreyaya birgünlük səfəri zamanı Prezident Yun Sok Yol ilə görüşdə əldə olunub.
Tərəflərin, həmçinin hidrogen, yarımkeçiricilər, bio və yaşıl enerji kimi qabaqcıl sənaye sahələri üzrə güclü ticarət və investisiya əlaqələrini genişləndirmək barədə razılığa gəldiyini deyən Cənubi Koreya lideri Yun Sok Yol əlavə edib ki, dünya iqtisadiyyatdakı qeyri-sabitlik, geosiyasi münaqişələr, qlobal tədarük zəncirinin yenilənməsi ilə üz-üzə olarkən, Seul və Berlin tədarük zənciri üzrə əməkdaşlığı dərinləşdirəcək.
Büllur Məmmədova / aktualtv.az










