Dünya Bankı neftin satış qiymətini AÇIQLAYIB – Özəl

Dünya Bankı 2023-cü ilin birinci rübü üzrə neftin orta satış qiymətini açıqlayıb.

Aktualtv.az xəbər verir ki, bu barədə qurum əmtəə qiymətləri ilə bağlı hesabatında bildirilib.

Bank “Brent” markalı neftin orta qiymətinin 2023-cü ilin birinci rübündə 81,4 dollar olduğunu açıqlayıb. Fevralda orta qiymət 82,7 dollar, mart ayında 78,5 dollar, aprel ayında isə 84,1 dollar təşkil edib. Bu isə o deməkdir ki, mart ayı ilə müqayisədə aprel ayında neftin orta satış qiyməti 7,1% artıb. WTI markalı neft isə 2023-cü ilin birinci rübündə 76,1 dollara ticarət edilib.

Dünya Bankının hesablamasına görə, fevral, mart və aprel aylarında WTI neftinin orta qiyməti müvafiq olaraq 76,8 dollar, 73,4 dollar və 79,4 dollar təşkil edib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]