Rusiya Federasiyası Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı mövzusunda dialoqu davam etdirəcək.
Aktualtv.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, KTMT müxtəlif situasiyalarda etibarlılıq qazanıb və effektivlik nümayiş etdirib. “KTMT-nin inkişaf potensialı var”-deyə Kremlin rəsmisi vurğulayıb.
Səbinə Kərimova / aktualtv.az










