Rusiya ilə qarşılıqlı birbaşa uçuşlara başlayan Gürcüstanda qərara qarşı etirazlar davam edir.
Aktualtv.az xəbər verir ki, küçələrdə başlayan etirazlar ölkə parlamentinə də sıçrayıb. Müzakirələr nəticəsində yaranan gərginlik fonunda Parlamentdə müxalifətlə iqtidar deputatları arasında əlbəyaxa dava baş verib. İnsident Gürcüstanın daxili işlər nazirinin də iştirak etdiyi iclasda müxalifətçi deputatın hakimiyyəti tənqid etməsindən sonra baş verib.
Rusiya ilə yaxınlaşmanın əleyhinə olan Gürcüstan prezidenti Salome Zurabişvili tvitində bunu birmənalı qarşılanmadığını bildirib. Zurabişvili “Twitter” səhifəsində “Gürcüstan xalqının etirazına baxmayaraq, rus təyyarəsini Tbilisiyə endirdi”-deyə yazıb. Dövlət başçısı “Rusiyaya uçuşa yox” həştəqindən istifadə edib.
Etibar Məmmədov / aktualtv.az










