“PALMALİ”nin dəstəyi ilə dahi Şəhriyara həsr olunan sayt hazırlanaraq ictimaiyyətə təqdim edildi

Mayın 21-də “PALMALİ” Şirkətlər Qrupunun dəstəyi ilə ərsəyə gətirilən və dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan internet saytının təqdimatı keçirilib.

Tədbirdə ədəbiyyat cameəsinin nümayəndələri, ictimai xadimlər, jurnalistlər və Şəhriyar şeirinin vurğunları iştirak edib.

Məlumat verilib ki, jurnalist Fərid Azərinin rəhbəri olduğu layihənin icrasına 2013-cü ildən başlanılıb. Bu məqsədlə Azərbaycan və İranda mövcud arxiv sənədlərinə, eləcə də şairin irsini araşdıran alimlərə müraciət olunub.

Şəhriyar irsinin araşdırmaçısı, tarix elmləri doktoru Esmira Fuad çıxış edərək, Şəhriyarın zəngin yaradıcı irsindən danışıb.

Bildirib ki, Şəhriyarı şair kimi yetişdirən yaşadığı məşəqqətli ömür, hər şeydən əvvəl isə Sürəyyasına duyduğu nisgil olub.

Şair xalqın zəngin adət-ənənələrini “Heydərbabaya Salam” poemasında ustalıqla əks etdirib.

Tədbirdə tanınmış jurnalist İlham Tumas, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl və digər natiqlər çıxış edərək, layihəyə uğur arzulayıblar.

Qeyd edək ki ki, azərbaycan, ingilis və fars dillərində fəaliyyət göstərən saytda Şəhriyarın şeir və poemaları, həm azərbaycan türkcəsində, həm də fars dillərində şeirlərinin külliyyatı, zəngin poeziya nümunələri toplanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]