Ukrayna prezidenti Volodimir Zelenski Vaqner qrupunun strateji əhəmiyyətli Baxmut şəhərini ələ keçirdiyini təkzib edib.
Aktualtv.az xəbər verir ki, o, bu sözləri Xirosimada mətbuat konfransı zamanı deyib.
Zelenski Xirosimada G-7 sammitində iştirak edib. O, Birləşmiş Ştatlar, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Cənubi Koreya, Fransa, Hindistan, İtaliya, İndoneziya, Yaponiya və Almaniya liderləri ilə görüşüb.
Ukrayna lideri, həmçinin bildirib ki, ölkəsi xalqın və əsgərlərin cəsarəti sayəsində mübarizəni davam etdirir.
Büllur Məmmədova / aktualtv.az










