İsrail, İran İnqilab Keşikçiləri Korpusunu, kommersiya gəmilərini raket, pilotsuz təyyarə və komandolar atmaq üçün platformaya çevirməkdə ittiham edib.
Aktualtv.az xəbər verir ki, rəsmi Tehranın məqsədi Körfəzdən kənardakı sularda güc qazanmaqdır.
Hertliya Konfransı Təhlükəsizlik Forumunda çıxış edən İsrailin Müdafiə naziri Yoav Qallant beş belə gəminin şəkillərini nümayiş etdirib. Onun sözlərinə görə gəmilərdən biri bu yaxınlarda Ədən körfəzinə doğru üzüb.
Büllur Məmmədova / aktualtv.az










