İsveç NATO-ya üzv olmazdan əvvəl Macarıstanla münasibətlərini yaxşılaşdırmalıdır.
Aktualtv.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Qətər İqtisadi Forumunda deyib.
“Macarıstan və İsveç arasındakı siyasi əlaqələr çox pisdir. Biz mübahisəmizi NATO-ya daxil etmək istəmirik”, – deyə Orban bildirib.
Xatırladaq ki, İsveç və Finlandiya Rusiyanın Ukraynanı hücumundan sonra NATO-ya üzv olmaq üçün müraciət edib. Macarıstan Finlandiyanın alyansa qoşulmaq istəyini mart ayında ratifikasiya edib.
Səbinə Kərimova / aktualtv.az










