“Rusiya Prezidenti Vladimir Putin Moldova ərazisinə gəlsə, həbs olunacaq”.
Aktualtv.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu bildirib.
Moldova lideri qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, Putin Moldovaya səfər edəcəyi təqdirdə, onu həbs edəcəklər.
Xatırladaq ki, bu ilin 17 mart tarixində Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı müharibə kontekstində iki nəfərin – Rusiya Prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.
Etibar Məmmədov / aktualtv.az










