“Qərb ölkələri getdikcə kollektiv şəkildə Ukraynadakı münaqişəyə daha çox cəlb olunurlar”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Kiyevə yeni silahların, o cümlədən qırıcı təyyarələrin çatdırılması cəbhədəki vəziyyəti kökündən dəyişməyə qadir deyil.
Qeyd edək ki, Rusiya- Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Murad Həsənov / aktualtv.az










