“Hesab edirik ki, xarici işlər nazirlərinin Moskva danışıqları tərəflər arasında anlaşmanı yaxşılaşdırmağa və bir sıra məsələlər üzrə mövqelərin yaxınlaşmasına imkan verib”.
Aktualtv.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
O, Ermənistan Baş naziri Nikol Paşinyanın “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatına da münasibət bildirib. Deyib ki, bu cür bəyanatlar vermək Ermənistanın və onun xalqının səlahiyyətidir.
Murad Həsənov / aktualtv.az










