İsrail İrana qarşı yeni müharibəyə hazırlaşır – Özəl

İsrail İran və onun tabeliyində olan hərbi qüvvələrə qarşı dəniz müharibəsinə hazırlaşır. Belə ki, Tehranın əsas regional “yedəkçi” hərbi-siyasi təşkilatı “Hizbullah” İrandan müasir sualtı qayıqlar və onlarla gəmi əleyhinə raket alıb.

Aktualtv.az xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər portalı ordudakı mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda qeyd olunur ki, dənizdə İsrail üçün əsas təhlükə ilk növbədə İran Hərbi Dəniz Qüvvələrindən gəlir. Həmçinin İranın tabeliyində olan – İraq, Suriya, Yəmən, Qəzza zolağında iranyönlü hərbi-siyasi təşkilatlar kimi qruplaşmalar da nəzərə alınır .

Məlumata görə, 2022-ci ildə İsrail hərbi dəniz qüvvələri Aralıq dənizi və Qırmızı dənizlərdə, əsasən Suriya, Livan və Qəzza zolağı sahillərində 50 əməliyyat keçirib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]