“Qərb Cənubi Qafqazda və Mərkəzi Asiyada öz mövqeyini gücləndirməyə çalışır”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən 11-ci beynəlxalq təhlükəsizlik konfransında deyib.
O bildirib ki, Qərb ölkələri Şimali Afrika və Yaxın Şərqdəki durumu da dəyişməyə çalışırlar:
“ABŞ Latın Amerikası və Karib hövzəsi ölkələrinə öz “arxa bağçası” kimi baxmaqda davam edir”- deyə Rusiyanın Xarici siyasət rəhbəri vurğulayıb.
Səbinə Kərimova / aktualtv.az










