Rusiya Finlandiyaya XƏBƏRDARLIQ ETDİ – Özəl

Federasiya əlavə hərbi təftiş haqqında qarşılıqlı razılaşmaya xitam verilə biləcəyini bildirib.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya iyunun birindən bu addımı atmaq niyyətindədir.

Xatırladaq ki, 2000-ci ildə imzalanmış müqavilə ildə iki yoxlamanı nəzərdə tuturdu: Rusiyanın Qərb Hərbi Dairələrində Finlandiya hərbçiləri və Finlandiyadakı rus hərbi ekspertləri. Son yoxlamalar pandemiyadan əvvəl aparılıb.

Saziş 2011-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi Vyana Sənədini tamamlayır. Sənəd digər məsələlərlə yanaşı, silahlı qüvvələr, müdafiə planlaması və müdafiə xərcləri, yoxlamalar və bildirişlər haqqında geniş məlumat mübadiləsini nəzərdə tutur.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]