Ukrayna Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhə açmağını istəyib.
Aktualtv.az xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.
O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Katibi Aleksey Danilov və Prezident Vladimir Zelenskinin müşaviri Mixaylo Podolyakın Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhə açmaq istədiyini bildirib.
Kobaxidze əlavə edib ki, beynəlxalq ictimaiyyət Gürcüstandan nə tələb olunduğunu bilməlidir və bu vacib məlumat ölkənin tərəfdaşları ilə paylaşılmalıdır.
Partiya sədri onu da bildirib ki, Gürcüstanın Rusiyaya sanksiya tətbiq etməməsinin məntiqi sadədədir – hakimiyyət öz xalqını və ölkəsini cəzalandırmaq istəmir.
Murad Həsənov / aktualtv.az










