ABŞ-dən DƏSTƏK – Azərbaycanla Ermənistan arasında danışıqlar… – Özəl

ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.

Aktualtv.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

“Tərəflərin danışıqları davam etdirməsi ilə bağlı xəbərləri alqışlayırıq. Dövlət katibi Blinken keçən həftə açıq şəkildə bildirdi ki, sülh əldə edilə bilər. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz tərəflərə bu işdə dəstəyimizi davam etdirəcəyik”, – deyə M.Miller bildirib.

Onun sözlərinə görə, ABŞ əlçatan olan davamlı həllə nail olmaq üçün birbaşa danışıqların vacib olduğunu hesab edir. “İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən yerində bu danışıqları dəstəkləyirik”, – deyə o əlavə edib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]