“Aİ maliyyə ayırmasa Azərbaycan qazı Avropaya daxil ola bilməyəcək” – Özəl

Macarıstan Azərbaycan qazının ilk 100 milyon kubmetrini ilin sonunadək alacaq.

Aktualtv.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Moldovada keçirilən mətbuat konfransında deyib. Bildirib ki, tədarükün həcmi gələcəkdə 1 milyard kubmetrə çatacaq.

Nazir həmçinin əlavə edib ki, Avropa İttifaqı qitənin cənub-şərqində boru kəmərləri sisteminin modernləşdirilməsinə maliyyə yardımı göstərməsə, Azərbaycan qazı böyük həcmdə Avropaya daxil ola bilməyəcək.

Azərbaycan və Avropa İttifaqı, xüsusən də Macarıstana, Mərkəzi və Şərqi Avropanın digər ölkələrinə tədarük olunacaq qaz ticarətini genişləndirmək barədə razılığa gəliblər. Lakin bunun üçün “çox vacib şərt” var – regionda yanacağın qəbulu üçün gücü hələlik kifayət etməyən müvafiq infrastrukturun hazırlanması.

“Biz Brüsseldən tələb edirik ki, Aİ büdcəsindən Cənub-Şərqi Avropanın qaz tədarükü üçün infrastrukturun inkişafına vəsait ayırsın”, – deyə o bildirib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]