İranda inflyasiya səviyyəsi 69 faizə çatıb.
Aktualtv.az xəbər verir ki, bu barədə İranın Mərkəzi Bankının sabiq sədri Əbdül Naser Hemməti “Twitter” hesabında bildirib. Hemməti ölkə Prezidenti İbrahim Rəisiyə ünvanladığı paylaşımında belə yazıb:
“Mərkəzi Bankın qiymət indeksi cədvəlinə əsasən, 2023-cü ilin aprelində ölkədə inflyasiya səviyyəsi 69 faizə çatıb. 2021-ci il seçkisi zamanı hansı məlumat və təhlilə əsaslanaraq inflyasiyanı yarıya, sonra isə birrəqəmli səviyyəyə endirmək barədə qəti söz vermişdiniz?”,- deyə Əbdül Naser Hemməti paylaşımında qeyd edib.
Etibar Məmmədov / aktualtv.az