“Qərb Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirir” – Sergey Şoyqu – Özəl

“Biz Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirik”.

Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, KTMT bölgədə sülhün təmin olunmasında maraqlıdır. Nazirin sözlərinə görə, Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqlar prosesinə müdaxilə etməyə, regiondakı mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır:

“Regiondakı vəziyyət daha çox Ermənistanla Azərbaycan arasındakı gərginliyin həlli ilə bağlıdır. Rusiya sülhməramlıları Qarabağdakı təhlükəsizliyi dəstəkləyir. Lakin Qərb vəziyyətə müdaxilə etməyə çalışır”.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]