Rusiya bu ölkənin 5 diplomatını ölkədən çıxarır – Özəl

İsveç səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və krallığın 5 diplomatı “arzuedilməz şəxs” elan olunub.

Aktualtv.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi məlumatına görə, buna səbəb İsveçin Rusiyaya münasibətdə qarşıdurma kursudur. Vurğulanıb ki, diplomatların ölkədən çıxarılması isə cavab tədbiridir.

Belə ki, 2022-ci il sentyabrın 1-dən İsveç hökumətinin qəbul etdiyi qərara əsasən, Rusiyanın Höteborqdakı Baş Konsulluğunun fəaliyyəti dayandırılıb. Buna cavab olaraq Rusiya da İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinin dayandırılmasına dair qərar qəbul edib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]