Səudiyyə Ərəbistanı daha bir ölkə ilə diplomatik münasibətləri bərpa edir – Özəl

Səudiyyə Ərəbistanı Kanada ilə diplomatik münasibətləri bərpa edib.

Aktualtv.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirliyi bəyanatında bildirib.

Sənədə görə, Ər-Riyadın ölkələr arasında ticarət və digər əlaqələrə xələl gətirən fəalları həbs etməsi ilə bağlı beş illik fikir ayrılığına son qoyulub. Qərar ötən ilin noyabrında Banqkokda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində vəliəhd şahzadə Məhəmməd bin Salman və baş nazir Castin Trüdo arasında aparılan müzakirələrdən sonra verilib.

İki ölkə arasında münasibətlər 2018-ci ildə pozulub. Ottava rəsmiləri krallığı insan haqlarını pozmaqda ittiham etmiş və həbsdə olan fəalların azadlığa buraxılmasını tələbini irəli sürmüşdü.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]