Yaxın vaxtlarda Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında görüş baş tuta bilər.
Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. O qeyd edib ki, iki həftə əvvəl Moskvada nazirlər səviyyəsində görüş baş tutub.
“Hələlik nazir müavinləri səviyyəsində gələcək təmaslar davam edəcək. Tezliklə, danışıqlar konkret nöqtəyə çatdıqda və qərarlar qəbul edildikdə, irəliləmək mümkün olacaq. Liderlər səviyyəsində müzakirə olunacaq suallar var. Tezliklə belə bir görüşün baş tutacağını deyə bilərəm”, – Kalın bildirib.
Murad Həsənov / aktualtv.az