Prezident Volodimri Zelenskinin administrasiyası Ukraynanın əks-hücuma başladığını təsdiqləyib.
Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın “Rai” telekanalına müsahibəsində bildirib. O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gündür ki, davam edir.
“Artıq bir neçə gündür əks-hücum gedir, sərhədin 1500 kilometrliyində gərgin müharibə gedir, hücumlar artıq başlayıb”, – Podolyak bildirib.
Podolyak Ukraynanın Rusiya ərazisinə qarşı Qərb silahlarından istifadə etməyəcəyini, lakin Krımı və Donbası azad etmək üçün Rusiya ordusuna qarşı bu silahlardan istifadə ediləcəyini vurğulayıb.
Murad Həsənov / aktualtv.az