“Ukraynaya F-16 qırıcı təyyarələrinin tədarükü ilə Rusiyanın təcavüzünün qarşısı alınacaq”.
Aktualtv.az xəbər verir ki, bu sözləri Ukraynanın prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Onun sözlərinə görə, zamanla Rusiya zəifləyəcək və dünyadan tam təcrid olunacaq. Həmçinin, o, çıxışında Rusiyanın İran istehsalı olan silahlardan, o cümlədən pilotsuz təyyarələrdən istifadə etməsi ilə bağlı İran xalqına müraciət edərək bu addımı pisləyib:
“İran xalqı, Rusiya ölkənizin istehsalı olan minaatanlardan, raketlərdən və dronlardan, istifadə edərək hücum edir. İran bu cür həyasız qətllərlə nə əldə edir? Siz, Tehran, Şiraz, Saqqez əhalisi və ya ölkənizin hər hansı başqa şəhəri bunun qarşısını niyə almırısınız? Təəssüf ki, bu davam edərsə, siz müasir dünyadan təcrid olunacaq və daha da böyük problemlərlə üzləşəcəksiniz”.
Etibar Məmmədov / aktualtv.az










