Türkiyə Prezidenti, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan 1960-cı il mayın 27-də ordunun Baş nazir Adnan Menderesi hakimiyyətdən devirməsi ilə nəticələnən hərbi çevrilişin 63-cü ildönümü münasibətilə vətəndaşlara müraciət edib.
Aktualtv.az xəbər verir ki, dövlət başçısı tviterdə yazıb ki, mayın 27-si Türkiyə demokratiyasının ən ağrılı yol ayrıclarından biridir. Ərdoğan müraciətində prezident seçkilərinin ikinci turuna da toxunub və çağırış edib.
“Mayın 28-ni ağrılarımızdan dərs çıxardığımız, zəfərlərimizlə qürur duyduğumuz bir festivala çevirmək istəyirik. Mayın 29-u isə İstanbulun fəthi nəticəsində tariximizin ən önəmli zəfərlərindəndir. Mayın 28-də hamımız birlikdə yeni Türkiyə əsrinin ətrafında birləşəcəyik”, – deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan seçiciləri səsvermədə fəal iştirak etməyə çağırıb.
Büllur Məmmədova / aktualtv.az