Britaniya hökuməti vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib.
Aktualtv.az xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Ofisinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Britaniya və Britaniya-İran ikili vətəndaşları İranda əsassız həbs riski altındadır:
“Britaniya pasportuna sahib olmaq İran hakimiyyətinin sizi hədəf alması üçün kifayət qədər səbəb ola bilər. Əgər İranda həbs olunsanız sizi aylarla və ya illərlə həbs gözləyir. Bizim konsulluq yardımı göstərmək imkanımız son dərəcə məhduddur”.
Əlavə olunub ki, İran hakimiyyəti Böyük Britaniya ilə əlaqəsi olan şəxsləri etirazları qızışdırmaqda ittiham edir.
Etibar Məmmədov / aktualtv.az










