Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp Florida qubernatoru və prezidentliyə namizəd Ron DeSantisi lağa qoyub və onu “DeSanctimonious” (“DeSank-ti-mOnious”) adlandırıb.
Aktualtv.az xəbər verir ki, Trampın sözlərinə görə, Ron qubernatoruluq uğrunda səsvermədə onun sayəsində qalib gəlib:
“Ron 2017-ci ilin dekabrında Florida Qubernatoru üçün partiyanın ilkin seçkilərində 5 faiz səs topladı- beş faiz. DeSantisin praktiki olaraq heç kim istəmirdi və sevimli kənd təsərrüfatı komissarı Adam Putnam onun səslərini aşağı saldı. Putman, qalib gələcəkdi. Ronun isə qalib gəlmək şansı sıfır idi. 2017-ci il dekabrın 21-də Prezident Donald. Tramp adlı bir adam ona verdi. Bundan sonra onun səsləri sürətlə artdı və 57-nin 37-yə qalib gəldi. Bu qədər xal geridə ikən birdən-birə 20 xal qazandı. Halbuki o, artıq iş axtarırdı. Ancaq Trampın sayəsində qalib gəldi”.
Səbinə Kərimova / aktualtv.az










