İngiltərəyə köç edənlərin sayı rekord həddə çatıb – Özəl

Böyük Britaniyaya xalis miqrasiya keçən il rekord səviyyəyə çatıb.

Aktualtv.az “CNN”ə istinadən xəbər verir ki, Milli Statistika İdarəsinin verdiyi məlumata görə, Böyük Britaniya 2022-ci ildə 606 min nəfər xalis miqrasiya görüb, ölkəyə 1,2 milyon insan gəlib və bu rəqəmin təxminən yarısı isə Krallığı tərk edib.

Gələn insanların böyük əksəriyyəti, yəni 925 min nəfəri Avropa İttifaqı üzv ölkələrdən deyil və onlardan təxminən 12 mini sığınacaq axtaranlardır.

Milli Statistika İdarəsinin Beynəlxalq Miqrasiya Mərkəzinin direktoru Cey Lindop deyib ki, artımın əsas səbəbi İttifaq üzvü olmayan ölkələrdən iş, təhsil və humanitar məqsədlər üçün Böyük Britaniyaya gələn insanlar olub.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]