Kremlə hücumu onlar təşkil edib – ABŞ kəşfiyyatı – Özəl

“Moskvada Kremlə dron hücumunu Ukraynanın xüsusi hərbçiləri və ya kəşfiyyat bölmələri təşkil edib”.

Aktualtv.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ kəşfiyyat orqanlarının məlumatlarına istinadən yazıb.

Eyni zamanda nəşr qeyd edib ki, ABŞ hücumun hansı bölmə tərəfindən təşkil edilmiş ola biləcəyi ilə bağlı dəqiq məlumata sahib deyil. Həmçinin Prezident Volodimir Zelenskinin bundan xəbəri olub-olmadığı da məlum deyil.

ABŞ kəşfiyyat xidmətləri həm Rusiya, həm də Ukrayna rəsmilərinin bu hücumla bağlı mesajlarını ələ keçirdikdən və bu məlumatları təhlil etdikdən sonra belə qənaətə gəliblər. Belə ki, mesajlarda həm Rusiya, həm də Ukrayna rəsmiləri hücumda Ukraynanın iştirakı ilə bağlı müzakirələr aparıblar. Lakin Amerika kəşfiyyatında bu barədə konkret dəlillər yoxdur.

Xatırladaq ki, mayın 3-də Kremlə dronla hücum cəhdi olub.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]