Müharibənin ən uzun və ən qanlı döyüşü – Özəl

Rusiyanın “Vaqner” muzdlu qruplaşmasının Ukraynanın Baxmut şəhərindən geri çəkilməyə başlayıb.

Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, muzdlu qüvvələrin başçısı Yevgeni Priqojin iyunun 1-dək şəhərə nəzarəti Rusiya ordusuna keçirəcəyinə söz verib.

O, Rusiya nizami ordusunun vəziyyəti idarə edə bilməyəcəyini sübut etsə, qüvvələrinin geri qayıtmağa hazır olduğunu bildirib. Şəhər uğrunda döyüş müharibənin ən uzun və ən qanlı döyüşü olub.

Vaqnerin muzdluları Rusiya tərəfi üçün orada döyüşlərə rəhbərlik ediblər və Priqojin bu həftə Baxmutda onun 20 min döyüşçüsünün həlak olduğunu vurğulayıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]